Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dəniz nəqliyyatının təhlükəsizliyinə qarşı növbəti hücum faktı qeydə alınıb.
Musavat.com xəbər verir ki, Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Xor-Fakkan şəhərindən şimal-şərqdə cənub istiqamətində hərəkət edən yedək gəmisinin iki mərminin zərbəsinə məruz qaldığını bildirib.
Gəminin göyərtəsində dəyən zədələrə və zərbənin gücünə baxmayaraq, yedək gəmisi öz marşrutu üzrə hərəkətini davam etdirə bilib. Hadisə nəticəsində heyət üzvlərindən bir nəfərin xəsarət aldığı bildirilir.
Regionun səlahiyyətli orqanları baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb, ərazidəki bütün gəmilərə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb.

