“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm”.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 18 Oktyabr – Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı “X” platformasındakı paylaşımında bildirilir.
“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram” , – deyə paylaşımda vurğulanır.

