Hörmüz boğazında dəniz nəqliyyatı və energetika təhlükəsizliyi üçün ciddi təhlükə yaradan ağır insident baş verib.
göyərtəsində 2 milyon bareldən çox xam neft daşıyan nəhəng supertanker dəniz minasına çırpılaraq partlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, partlayış çox güclü olub və nəticədə gəminin göyərtəsində şiddətli yanğın başlayıb.
Hazırda partlayışın vurduğu ziyanın dəqiq miqyası və neft sızması riski araşdırılır. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
Dünya neft daşınmasının ən kritik nöqtələrindən biri olan Hörmüz boğazında baş verən bu insidentin qlobal enerji bazarlarına və neft qiymətlərinə kəskin təsir edəcəyi gözlənilir.
Musavat.com

