ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qreymin Rusiya əleyhinə hazırladığı kəskin “cəhənnəm sanksiyaları” paketinin tətbiqini 60 gün müddətinə dayandırıb.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib. Dövət katibinin sözlərinə görə, Ağ Ev administrasiyası qərarın mümkün fəsadlarını qiymətləndirmək və optimal balansı tapmaq üçün zamana ehtiyac duyur.
Marko Rubio verdiyi bəyanatda bildirib: “Problem ondadır ki, bu sanksiyalar təkcə Rusiyaya şamil olunmurdu. Bura, məsələn, Hindistan kimi bir sıran başqa ölkələrdən gətirilən mallara rüsumlar da daxildir. Buna görə də düşünürəm ki, prezident bu sanksiya və rüsumların qlobal iqtisadiyyata, hətta ABŞ iqtisadiyyatına nə dərəcədə təsir edəcəyini təhlil etmək üçün 60 günlük müddətdən istifadə etmək istəyir”.
Donald Trampın özü də verdiyi bu qərarı yüksək qiymətləndirərək məsələyə belə münasibət bildirib: “Çoxunuz hələ tam olaraq hansı qərarı qəbul etdiyimi bilmirsiniz, lakin biz hər şeyi aydınlaşdıracağıq və siz də öyrənəcəksiniz. Bu, çox yaxşı bir qərardır. Bu, ölkəmizin, eləcə də ehtimal ki, bütün dünyanın xeyrinə olacaq”.
Musavat.com

