Makronla bağlı ŞOK MƏLUMAT yayıldı – Bu addımı atsa…backend

Makronla bağlı ŞOK MƏLUMAT yayıldı – Bu addımı atsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 2 mini keçib.

Bu barədə ölkənin daxili işlər naziri Loran Nunez məlumat verib.

Bildirilib ki, oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən qarşıdurmalarda 600-dən çox polis əməkdaşı xəsarət alıb.

Parisdə etiraz iştirakçılarından biri ürəktutması nəticəsində həyatını itirib.

Ölkə üzrə keçirilən nümayişlərə 500 mindən çox insan qatılıb. Etirazçılar yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin vəziyyətinə etiraz ediblər.

Aksiyalar zamanı Paris, Marsel, Bordo və digər şəhərlərdə mağazalar qarət olunub, avtomobillərə və inzibati binalara ziyan vurulub.

Limoj şəhərində 143 illik meriya binası yandırılıb və ciddi dağıntıya məruz qalıb.

Fransa hökuməti zorakılıqlara görə radikal solçu qrupları və qarətlərdə iştirak edən şəxsləri günahlandırıb.

Prezident Emmanuel Makronun oktyabrın 18-də yerli xalqa müraciət edəcəyi açıqlanıb.

Baş nazir Sebastyen Lekornü isə iğtişaşlar nəticəsində dəymiş maddi ziyanın böyük olduğunu bildirib.

Hazırda zərər çəkmiş şəhərlərdə təmizlik və bərpa işləri aparılır.

(APA)