Yeni müdafiə nazirindən XƏBƏRDARLIQ: “O bombanı atsanız…”backend

Yeni müdafiə nazirindən XƏBƏRDARLIQ: “O bombanı atsanız…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ və İsrail ilə yeni hərbi qarşıdurmaya tam hazır olduğunu və növbəti hücum olacağı təqdirdə gözlənilməz, sarsıdıcı cavab verəcəyini bəyan edib.

ölkənin yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi parlamentdəki çıxışı zamanı Vaşinqton və Təl-Əvivə qarşı sərt xəbərdarlıqlar səsləndirib.

Nazir çıxışında bu sözləri vurğulayıb:

“Əgər Amerika-Sionist düşməni bir daha hesablamalarında səhvə yol verərsə, İran xalqının və İslam döyüşçülərinin cavabı gözlənilməz və miqyaslı olacaq”.

Yeni nazir birbaşa ABŞ prezidenti Donald Trampa müraciət edərək, İrana qarşı “bombaların anası” (GBU-43/B) kimi tanınan super-bombanın tətbiq olunacağı təqdirdə dəhşətli fəsadların yaranacağını deyib:

“ABŞ prezidenti diqqətini öz qoşunlarının bölgəmizdən təhlükəsiz çıxarılmasına yönəltsə yaxşıdır. Əgər o, İrana bircə bomba belə atsa, regiondan neçə amerikalı əsgərin meyitinin tabutda çıxarılacağını özü görəcək”.

Əxlaqi Kitabçinin sözlərinə görə, Tehran hər cür hərbi ssenariyə qarşı lazımi hazırlıqları görüb və öz gücünə arxayındır.

Bundan əlavə, nazir İranın hərbi sənayesini dağların dərinliklərində gizlədəcəklərini bəyan edib. O bildirib ki, olası hava zərbələrinə qarşı hərbi müəssisələr xüsusi qorunan sığınacaqlarda və dağların daxilində yerləşdiriləcək. Həmçinin yerli silah istehsalını sürətləndirmək üçün özəl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndiriləcək.

Musavat.com