Kəlbəcər təxribatçılarından olan hərbçi öldübackend

Kəlbəcər təxribatçılarından olan hərbçi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Kəlbəcər istiqamətində baş vermiş sərhəd insidentində saxlanılan erməni hərbçilərdən biri vəfat edib.

Musavat.com xəbər verir ki, Ermənistanın FrontTV nəşrinin məlumatına görə, geri qaytarılan Karlen Stepanyan 52 yaşında xərçəng xəstəliyindən vəfat edib. Məlumatı ictimai xadim Hovhannes İşxanyan yayıb.

Məlumata görə, geri qaytarıldıqdan sonra həyat yoldaşı onu tərk edib, anası isə ötən il vəfat edib.

Qeyd edək ki, Karlen Stepanyan 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan erməni hərbçilərdən biri olub. O, 2021-ci il dekabrın 19-da Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycandan Ermənistana qaytarılan 10 erməni hərbçidən biri idi.