Makrondan Ukrayna ilə bağlı ŞOK BƏYANAT: “Mütləq o masaya əyləşməliyik!”backend

Makrondan Ukrayna ilə bağlı ŞOK BƏYANAT: “Mütləq o masaya əyləşməliyik!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibənin gedişatına dair növbəti səs-küylü və diqqətçəkən bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Fransa lideri münaqişənin həlli yollarından danışarkən Avropa dövlətlərinin bu prosesdə birbaşa iştirakının qaçılmaz olduğunu vurğulayıb.

Makron qeyd edib ki, müəyyən bir məqamda avropalılar mütləq şəkildə sülh planı üzrə danışıqlar masası arxasına əyləşməlidirlər. Onun sözlərinə görə, coğrafi reallıqlar nəzərə alındıqda, burada söhbət birbaşa olaraq məhz avropalıların özlərinin sülh və təhlükəsizlik arxitekturasından gedir.

Fransa Prezidenti Avropanın təhlükəsizlik maraqlarının təmin olunması üçün bu danışıqlar prosesinin həyati əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.