Nazirlik “Vital Hospital”a dair araşdırmaya başladı – VİDEObackend

Nazirlik “Vital Hospital”a dair araşdırmaya başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb:

“Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırlatma: “Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.

Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.