Nepalda 9 günlük daşqından sonra MÖCÜZƏ — VİDEObackend

Nepalda 9 günlük daşqından sonra MÖCÜZƏ — VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşqınlar zamanı Nepal-Çin sərhədində yerləşən su elektrik stansiyasında doqquz gündür tuneldə qalan iki işçi xilas edilib.

Editor.az-ın xəbərinə görə, daha 39 nəfərin hələ də tuneldə olduğu təxmin edilir; təbii fəlakət 1200-dən çox insanın ölümünə və 5000 nəfərin itkin düşməsinə səbəb olub.

Trişuli 3A Su Elektrik Stansiyasında palçıq və dağıntılarla dolu tuneldə qalan Sanjaya Şah və Kabir Maharcan 9 gündən sonra sağ-salamat qurtarılıb.

Nepal Elektrik İdarəsinin rəsmiləri iki işçinin xilas edildikdən sonra təyyarə ilə xəstəxanaya aparıldığını bildirib. Şah və Maharcanın əllərində və ayaqlarında, ehtimal ki, tuneldən keçmək nəticəsində yaranan xəsarətlər olduğu və oksigen çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib.

Ətraflı videomaterialı təqdim edirik:

// Dəniz Pənahova, Editor.az