Tramp İranla bağlı qərarını müdafiə etdi: “Hər şeyi düzgün etdim”backend

Tramp İranla bağlı qərarını müdafiə etdi: “Hər şeyi düzgün etdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyat keçirilməsi qərarını düzgün hesab etdiyini bildirib.

Editor.az xəbər verir ki, o, bunu “GB News” portalına müsahibəsində deyib.

Trampın sözlərinə görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirməsi Tehranı nüvə silahına sahib olmaq imkanından məhrum etmək baxımından zəruri addım olub. ABŞ lideri qərarını müdafiə edərək, “Mən hər şeyi düzgün etdim” deyə bildirib.

Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Bunun ardınca İran İsrailə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ obyektlərinə zərbələr endirib.

Tərəflər arasında iyunun 18-də müvəqqəti anlaşma memorandumu imzalansa da, razılaşma uzunmüddətli sabitlik yaratmayıb. Bir neçə gün sonra ABŞ administrasiyası İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. Tehran isə öz növbəsində ABŞ hərbçilərinin İrana zərbələr endirdiyini bildirib.

İyulun əvvəlində Tramp Vaşinqtonla Tehran arasındakı atəşkəsin artıq qüvvədə olmadığını açıqlayıb. Avqustun sonunda isə ABŞ İranın maliyyə təcridinə yönəlmiş “İqtisadi pariya” adlı yeni əməliyyata başlayıb. Vaşinqtonun əsas məqsədi İranın gəlir mənbələrini məhdudlaşdırmaq və Tehranla əməkdaşlığı davam etdirən üçüncü ölkələrin təşkilatlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməkdir.

ABŞ-ın İranla bağlı siyasətinin sərtləşməsi fonunda münaqişənin regional təhlükəsizliyə və enerji bazarlarına təsiri ilə bağlı narahatlıqlar da artır.

//Gülnarə Abasova, Editor.az