ABŞ fond bazarında əsas indekslər yüksəlib. Buna Federal Ehtiyat Sisteminin rəsmisi Kristofer Uollerin faiz dərəcələri ilə bağlı açıqlamaları təsir edib.
Editor.az xəbər verir ki, Waller bildirib ki, qiymət təzyiqlərinin zəiflədiyini göstərən yeni məlumatlar təsdiqlənərsə, o, bu ay faiz dərəcələrinin dəyişdirilməməsini dəstəkləyə bilər.
Xəbərdən sonra Dow Jones 1,15%, S&P 500 0,93%, Nasdaq isə 1,23% yüksəlib.
İnvestorların diqqəti indi ABŞ-da əmək bazarı ilə bağlı cümə günü açıqlanacaq əsas statistikaya yönəlib. Bu göstəricilər Federal Ehtiyat Sisteminin növbəti faiz qərarı üçün mühüm siqnal hesab olunur.
Beləliklə, bazarlarda əsas sual ABŞ-da inflyasiyanın nə qədər sürətlə zəifləyəcəyi və bunun Federal Ehtiyat Sisteminin pul siyasətinə necə təsir göstərəcəyi ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az

