Vergi uçotuna alınmadan restoran fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə qanunvericiliyə əsasən maliyyə sanksiyası tətbiq edilir.
Editor.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs fəaliyyətə başladığı günədək vergi orqanına uçota alınmaq üçün ərizə təqdim etməlidir.
Qeyd olunub ki, bu tələbə əməl edilmədiyi halda Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Beləliklə, vergi uçotuna alınmadan restoran fəaliyyəti göstərən fiziki şəxslər həm qanunvericiliyin tələblərini pozmuş olur, həm də 200 manat maliyyə sanksiyası ilə üzləşə bilərlər.

