Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən yanğın söndürülüb.
Məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
“Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb”, – deyə məlumatda bildirilib.
Xırdalan şəhərində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, şəhərin Heydər Əliyev parkının yaxınlığında obyekt yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və polis əməkdaşları cəlb olunublar.

