Çinin süni intellekt sahəsində fəaliyyət göstərən Moonshot AI şirkəti Honq-Konq birjasında ilkin kütləvi səhm təklifi keçirmək üçün məxfi şəkildə müraciət edib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, şirkət IPO vasitəsilə təxminən 3 milyard dollar cəlb etməyi planlaşdırır. Moonshot AI “Kimi” adlı süni intellekt modelinin yaradıcısıdır.
Şirkətin birjaya çıxması Çinin AI sektorunda investor marağının nə qədər yüksək olduğunu göstərən mühüm hadisələrdən biri ola bilər. Honq-Konq birjasında belə iri texnologiya IPO-ları Asiyanın süni intellekt şirkətlərinə kapital axınının güclənməsinə də təsir göstərə bilər.
Şirkətin planları hələ yekunlaşdırılmayıb və IPO-nun dəqiq həcmi bazar şərtlərindən asılı olaraq dəyişə bilər.
//Samir Qurbanov, Editor.az

