Niftalı Qasımov işdən ÇIXARILDIbackend

Niftalı Qasımov işdən ÇIXARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Editor.az  İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.

O, uzun illərdir icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007-2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib.

Fotoda solda icra başçısı Məmməd Məmmədov, sağda isə Niftalı Qasımov