Belçika sentyabr ayında NATO-nun Arktikadakı Arctic Sentry missiyası çərçivəsində Qrenlandiyaya təxminən 30 hərbçi göndərməyi planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Teo Franken bildirib.
Məlumata görə, hərbçilər 4–18 sentyabr tarixlərində keçiriləcək təlimlərdə iştirak edəcəklər. Belçika KİV-lərinin yazdığına əsasən, söhbət Arctic Shield adlı yeni komponentdən gedir. Layihə NATO-nun Arktika bölgəsində təhlükəsizlik imkanlarının gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, Arctic Sentry missiyası bu ilin fevralında Qrenlandiya ətrafında artan geosiyasi gərginlik fonunda başladılıb. Alyansın bölgəyə marağının artmasına ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın strateji əhəmiyyəti ilə bağlı bəyanatları və Vaşinqtonun ada üzərində təsir imkanlarını genişləndirmək niyyəti də təsir göstərib.
//Gülnarə Abasova, Editor.az

