Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı vəziyyəti ilə bağlı açıqlama verib.
Prezident bu barədə yeni Silahlı Qüvvələrin Baş komandanı Mixail Drapatı ilə keçirdiyi müşavirədən sonra Telegram kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, müşavirədə Donbas cəbhəsindəki əməliyyat vəziyyəti, xüsusilə ən gərgin istiqamətlərdəki vəziyyət ətraflı təhlil olunub. O bildirib ki, hərbçilərin ehtiyacları, qoşunların koordinasiyasının gücləndirilməsi və operativ qərarların qəbulu əsas müzakirə mövzuları olub.
Ukrayna lideri vurğulayıb ki, Donbas istiqamətində vəziyyət mürəkkəb olaraq qalır və komandanlıq cəbhənin ən kritik sahələrinə xüsusi diqqət ayırır. Bununla yanaşı, ordunun döyüş qabiliyyətinin artırılması və müdafiənin gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib.
//Samir Qurbanov, Editor.az

