Şəkidəki qəzada ölən gəncin FOTOSUbackend

Şəkidəki qəzada ölən gəncin FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 23 yaşlı sərnişin Elçin Əhmədli hadisə yerində ölüb. Sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.