Pezeşkian və Müctəba Xameneinin birgə görüntüləri YAYILDI – ŞOK VİDEObackend

Pezeşkian və Müctəba Xameneinin birgə görüntüləri YAYILDI – ŞOK VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkianla ölkənin yeni ali dini lideri Müctəba Xameneinin bir yerdə görüntüləndiyi iddia olunan video sosial şəbəkələrdə yayılıb.

Musavat.com xəbər verir ki, kadrlarda Pezeşkianın Müctəba Xamenei olduğu iddia edilən şəxslə eyni məkanda oturduğu və onunla söhbət etdiyi görünür.

Qısa müddət ərzində geniş yayılan kadrlar istifadəçilər arasında böyük marağa səbəb olub və prezidentlə ali lider arasında görüşün keçirilməsi barədə müxtəlif iddialara yol açıb.

Kadrların həqiqiliyi ilə bağlı ciddi sualların yaranmasından sonra İranın “Saberin News” portalı məsələyə münasibət bildirib.

Yayılmış açıqlamada videoçarxın saxta olduğu və süni intellekt texnologiyaları vasitəsilə hazırlandığı diqqətə çatdırılıb.

Məlumata görə, sözügedən görüntülər real görüşü əks etdirmir və iki şəxsin bir araya gəlməsinə dair sübut kimi qəbul edilə bilməz.

Beləliklə, sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan kadrlarla bağlı müzakirələr davam etsə də, rəsmi mənbələr videonun dezinformasiya xarakteri daşıdığını vurğulayır.