İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İsrailin Livanın paytaxtı Beyrutun cənubuna zərbəsi nəticəsində Hizbullahın yüksək rütbəli komandirinin öldürülməsindən sonra ABŞ-la aparılan danışıqlar dayandırılıb.
Musavat.com “Azad Iran”a istinadən xəbər verir ki, parlamentin sədri Qalibaf deyib:
“Livanın Dahiyə şəhərinə edilən son hücumda Hizbullahın kəşfiyyat rəhbəri ailəsi ilə birlikdə öldürüldükdə, elə oradaca hər şeyi dayandırdıq.
Dedik ki, bu gecə sizi vuracağıq və əgər “sionist rejim” də cavab versə, bütün regionu vuracağıq.
Elə həmin gecə mühasirəni götürdülər; sazişdən 30 gün sonra yox, elə həmin gecə.
Tramp tvit ataraq deyib ki, biz bu gecə mühasirəni götürürük. Altında da yazıb ki, əlbəttə, iranlılar da Hörmüz boğazını açacaqlar. Bunu görəndə qarşısını aldım və dedim ki, bizim belə bir razılaşmamız yoxdur.
Vasitəçilərə dedim ki, əgər bu tvit indi silinməsə, dediyim şiddətlə vuracağıq. 58 dəqiqə sonra Tramp ikinci hissəni sildi və yazdı ki, boğaz saziş çərçivəsində şənbə günündən etibarən açılacaq”.

