Azərbaycan ABŞ-nin fiskal şəffaflıq tələblərinə cavab verirbackend

Azərbaycan ABŞ-nin fiskal şəffaflıq tələblərinə cavab verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan artıq ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında qeyd olunub: “Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığı gücləndirir və investisiyaların cəlb olunmasına şərait yaradır”.

Hesabatda qeyd edilib ki, departament qiymətləndirilən 139 ölkədən (və Fələstin Muxtariyyətindən) 73 hökumətin fiskal şəffaflıq üzrə minimum tələblərə cavab verdiyi, 67 hökumətin isə minimum tələbləri yerinə yetirmədiyi qənaətinə gəlib. Bununla belə, həmin 67 ölkədən 14-ü fiskal şəffaflıq üzrə minimum tələblərə cavab vermək istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.