Nazilə Səfərli “Azercell”i tənqid etdi: “Vətəndaşı xarici ölkədə dilənçiyə döndərirsiz”backend

Nazilə Səfərli “Azercell”i tənqid etdi: “Vətəndaşı xarici ölkədə dilənçiyə döndərirsiz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nazilə Səfərli “Azercell”in eSIM və rouminq xidmətlərindən narazılığını ifadə edib. 

Bizimesr.media Nazilə Səfərli sosial şəbəkə paylaşımında mobil operatorun xidmətlərindən istifadə zamanı qarşılaşdığı problemlərdən danışıb və “Azercell”i sərt tənqid edib.

O bildirib ki, xarici ölkədə olarkən “Azercell” nömrəsi ilə bağlı gözləmədiyi ödənişlə üzləşib: “Azercell nömrənizi eSIM xidməti vətəndaşı xarici ölkədə rouminq xidməti adı ilə soyur. Adam öz vətəndaşını incidər? Mən fakturalı abonent deyiləm, məni fakturalı hesaba qoşublar. Məni niyə soyursuz? Reklam məni aldatdı”.

Səfərli xaricdə rabitədən istifadə edən vətəndaşların gözlənilməz xərclərlə üzləşməsindən narazılığını bildirib və bununla bağlı “Azercell”dən izahat tələb edib.

Məsələ ilə bağlı “Azercell” mövqeyini açıqlamır.

Bizimesr.media