Moskvada Ermənistanın səs hüququ əlindən alına bilər – KTMT Baş katibindən sərt bəyanatbackend

Moskvada Ermənistanın səs hüququ əlindən alına bilər – KTMT Baş katibindən sərt bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalatbek Masadıkov Ermənistanın təşkilatda gələcək iştirakı ilə bağlı rəsmi İrəvana çağırış edib.

Masadıkov Ermənistanın KTMT-dəki fəaliyyət perspektivləri ilə bağlı yekun qərarın “ağlabatan müddətdə qəbul edilməli olduğu” mövqeyindən çıxış etdiklərini bəyan edib.

Bundan əvvəl Rusiyanın KTMT yanındakı daimi nümayəndəsi Viktor Vasilyev bildirmişdi ki, Ermənistanın təşkilatın orqanlarında səs hüququndan məhrum edilməsi haqqında qərarın qəbulu konsensus tələb edir.

Diplomatın sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət başçıları böyük ehtimalla bu məsələni müzakirə edəcəklər.

Musavat.com