Bakıda müğənnini küçədə döydülər – FOTObackend

Bakıda müğənnini küçədə döydülər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb.

Editor.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:

“İki nəfər şəxs mənim ünvanıma nalayiq sözlər ifadə etdilər. Sonra isə həmin iki nəfər tərəfindən köməksiz vəziyyətimdən istifadə edilərək döyüldüm, fiziki zorakılığa məruz qaldım. Alnım şişib, gözümün altı göyərib, bədənim qollarım hematoma olub, barmağım isə travma alıb”.

Pəriyar Məmmədova hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib və təqsirkarların tapılmasını istəyib.

“Xahiş edirəm, cinayətkarları tapasız”, – deyə müğənni qeyd edib.