Türkiyə 21 illik prosesə nöqtə qoyur – Ərdoğandan SENSASİON açıqlamabackend

Türkiyə 21 illik prosesə nöqtə qoyur – Ərdoğandan SENSASİON açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük perspektivi ilə bağlı diqqətçəkən açıqlama verib.

Ərdoğan “Əl Cəzirə” telekanalına müsahibəsində Avropanın Türkiyəni Aİ-yə qəbul etmək niyyətində olmadığının göründüyünü bildirib.

“Görünür, Avropa Türkiyəni Avropa İttifaqına qəbul etmək niyyətində deyil. Aİ-yə daxil olmaq bizim prioritetimiz deyil. Türkiyənin ona qoşulmamasından zərər görən tərəf məhz Avropadır”, – Ərdoğan deyib.

Bu açıqlama Türkiyənin 2005-ci ildən davam edən Aİ-yə üzvlük danışıqlarının gələcəyi baxımından xüsusi diqqət çəkir. Ankara ilə rəsmi üzvlük danışıqları 2005-ci ildə başlasa da, proses uzun müddətdir faktiki olaraq dalana dirənib.

Ərdoğan son illərdə də Avropa İttifaqının Türkiyəyə münasibətini dəfələrlə tənqid edib. 2026-cı ilin mayında Türkiyə lideri ölkəsinin layiqli yer almadığı Avropa arxitekturasının natamam qalacağını və böhranların idarə edilməsində zəiflik yaşayacağını bildirmişdi.

Musavat.com