Azərbaycanın PR və brend meneceri Aida Ramiz 14–16 avqust tarixlərində Türkiyənin Balıkesir şəhərində keçirilən “Beynəlxalq Media və Süni İntellekt Zirvəsi”ndə iştirak edib.
Zirvə çərçivəsində media, süni intellekt, PR, kommunikasiya və brend idarəçiliyinin gələcəyi ilə bağlı müzakirələr aparılıb. Aida Ramiz tədbir çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndə heyətləri ilə görüşlər keçirib, media və kommunikasiya sahəsində mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Görüşlər zamanı gələcək əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq kommunikasiya imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Aida Ramiz Azərbaycanda PR və brend menecmenti sahəsində fəaliyyət göstərir, yerli və qlobal markalarla əməkdaşlıq edir. O, indiyədək müxtəlif ölkələrdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edib və beynəlxalq platformalarda Azərbaycanı PR, kommunikasiya və brend idarəçiliyi istiqamətində təmsil edib.
Balıkesirdə keçirilən zirvə Aida Ramizin beynəlxalq media və kommunikasiya sahəsində yeni əlaqələrin qurulması və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından mühüm platformalardan biri olub.


