İspaniyada güclü zəlzələ oldubackend

İspaniyada güclü zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Əndəlüs muxtar icmasına daxil olan Qranada şəhəri yaxınlığında 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Editor.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə krallığın Milli Coğrafiya İnstitutu məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla təqribən saat 01:00-da (Bakı vaxtı ilə saat 03:00-da) baş verən yeraltı təkanların episentri Alendin yaşayış məntəqəsi ərazisində yerləşib. Zəlzələnin ocağı cəmi 2 kilometr dərinlikdə yerləşib.

Region rəhbərliyinin açıqlamasına görə, təcili çağırış mərkəzlərinə təxminən 200 müraciət edilib. İlkin məlumatlar göstərir ki, hadisə zamanı heç kim xəsarət almayıb. Lakin zəlzələ müəyyən miqdarda maddi itkilərlə nəticələnib.

Əndəlüs rəsmilərinin məlumatına əsasən, vətəndaşlar evlərin divarlarında çatların əmələ gəldiyini, müxtəlif konstruksiya elementlərinin qopub düşdüyünü, həmçinin bir sıra tikililərin ziyan gördüyünü bildiriblər.

Hadisə ilə əlaqədar olaraq rəsmilər seysmik təhlükə zamanı fəaliyyət planının təcili mərhələsini tətbiq etmək qərarına gəliblər.