Emin Ağalarov “Sea Breeze”dəki hadisədən yazdıbackend

Emin Ağalarov “Sea Breeze”dəki hadisədən yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sea Breeze” ərazisində yerləşən akvaparkda dünən baş verən faciəvi hadisə nəticəsində uşaq həyatını itirib.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı “Sea Breeze”nin rəhbəri Emin Ağalarov açıqlama verib. O, özü və bütün komanda adından uşağın ailəsinə başsağlığı verib.

Açıqlamada bildirilib ki, hazırda hadisənin bütün halları, o cümlədən uşağın su nasoslarının yerləşdiyi texniki zonaya necə düşməsi araşdırılır. “Sea Breeze” rəhbərliyi istintaqa hərtərəfli yardım göstərdiyini qeyd edib.

Emin Ağalarov vurğulayıb ki, uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün əsas prioritetdir. Onun sözlərinə görə, kurortun bütün əraziləri və obyektləri Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar tərəfindən mütəmadi yoxlanılır.

Hadisədən sonra akvaparkda bütün təhlükəsizlik tədbirlərinin əlavə olaraq yenidən yoxlanılacağı və gücləndiriləcəyi bildirilib.

Emin Ağalarov ailəyə bütün lazımi dəstəyin göstəriləcəyini də qeyd edib.

  • "Akvaparkdakı azyaşlının ölümü araşdırılır" - Emin Ağalarovdan açıqlama (FOTO)