Texniki xəta, yoxsa qəsdən? – İran televiziyasında müəmmalı “səhv” – VİDEObackend

Texniki xəta, yoxsa qəsdən? – İran televiziyasında müəmmalı “səhv” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən bəri İranda yeni bir qalmaqal medianın və sosial şəbəkələrin diqqət mərkəzində olan mövzulardan birinə çevrilib, hətta bu barədə artıq müəyyən təhlillər də meydana çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Azad İran”ın “YouTube” kanalında yayımlanan videomaterialda qeyd olunub.

Söhbət İran dövlət televiziyasında yayımlanan reportajda Xarici İşlər Nazirliyinin adının səhvən “Xəvaric İşləri Nazirliyi” kimi yazılmasından gedir.

 

Çoxları bu fikirdədir ki, həmin yazı qətiyyən texniki yanlışlıq deyil və Məsud Pezeşkian hökuməti, o cümlədən reportajda göstərilən XİN rəhbəri Abbas Əraqçi ilə münasibətləri gərgin olan dövlət televiziyasının bilərəkdən və qəsdən atdığı addımdır.

Qeyd edək ki, həmin məna dəyişikliyinin yaranması üçün farsca yazılışda “xarici” sözünə bir hərfin artırılması kifayətdir və dövlət televiziyasının qalmaqala səbəb olan görüntülərində də məhz bu baş verib.

Belə ki, bu günlərdə İran Xarici İşlər və Səhiyyə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb və sənədin imzalanma mərasimində hər iki nazirliyin rəhbərləri – Abbas Əraqçi və Məhəmmədrza Zəfərqəndi jurnalistlər qarşısında çıxış ediblər. Dövlət televiziyası da bu mərasim barədə reportajında qeyd olunan “xətaya” yol verib. Amma bu, adi xəta deyil, İran siyasi leksikonunda çox ağır ittiham sayılan bir sözün Xarici İşlər Nazirliyinə və konkret olaraq Əraqçiyə şamil olunmasıdır.