Putin dron hücumlarından qorunmayan obyektlərə dövlət nəzarəti tətbiqinə icazə verdibackend

Putin dron hücumlarından qorunmayan obyektlərə dövlət nəzarəti tətbiqinə icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin kritik infrastruktur obyektlərinin sahibləri onların təhlükəsizliyini təmin edə bilmədiyi halda, həmin obyektlərin müvəqqəti dövlət idarəçiliyinə verilməsinə imkan yaradan fərman imzalayıb.

Sənəd avqustun 24-də rəsmi şəkildə dərc olunub.
Fərmana əsasən, obyekt sahibləri təhlükəsizlik tədbirlərini vaxtında həyata keçirmədikdə, təhlükəsizlik tələblərini pozduqda, obyektin fəaliyyətinə təhlükə yarandıqda və ya pilotsuz uçuş aparatlarının hücumlarının qarşısının alınması ilə bağlı tədbirlər səmərəsiz olduqda, müəssisə müvəqqəti idarəetməyə verilə bilər.

Yeni qaydalar yanacaq-energetika kompleksi, sənaye, rabitə, nəqliyyat və logistika, enerji, o cümlədən atom energetikası, kommunal təsərrüfat və digər strateji əhəmiyyətli obyektlərə şamil edilir.

Bundan əlavə, obyektin dron hücumundan sonra fəaliyyətinin bərpası gecikdirildikdə də müvəqqəti dövlət idarəçiliyinin tətbiqi mümkün olacaq.
Qərar Rusiyada Ukraynanın pilotsuz uçuş aparatları ilə neft emalı müəssisələri, anbarlar və logistika mərkəzləri də daxil olmaqla müxtəlif obyektlərə hücumlarının artdığı bir vaxtda qəbul edilib.

//Samir Qurbanov, Editor.az