Yaponiyada 8 aylıq körpə alma parçasından boğularaq üç il komada qalıbbackend

Yaponiyada 8 aylıq körpə alma parçasından boğularaq üç il komada qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada səkkiz aylıq körpə uşaq bağçasında alma parçasından boğulduqdan sonra üç il komada qalıb.

Editor.az xəbər verir ki, hadisə  nəticəsində uşağın beynində ciddi zədələnmələr yaranıb.

Hadisə 2023-cü ildə baş verib. Həmin vaxt Kosi adlı körpənin cəmi səkkiz ayı olub. O, uşaq bağçasında digər uşaqlara verilən alma parçasını yeyərkən boğulub.

Həkimlər uşağı vaxtında reanimasiya edə bilməyib. Nəticədə onun beynində ciddi zədələnmələr meydana gəlib. Bir neçə ay xəstəxanada müalicə aldıqdan sonra körpə evə buraxılıb və hazırda onun qayğısına valideynləri qalır.

Ailənin sözlərinə görə, uşağa qulluq etmək olduqca ağır və fasiləsiz prosesdir. Valideynlər hər iki saatdan bir onun bədən vəziyyətini dəyişirlər ki, ağciyərlərində bəlğəm yığılmasın. Uşağın səhhəti isə hər saat qeydə alınır.

Bundan əlavə, körpə fizioterapevtin nəzarəti altında reabilitasiya keçir. Ailə bildirir ki, uşağın böyüməsi ilə əlaqədar bədənin bəzi hissələrində əzələlər gərginləşir, digərlərində isə bu proses kifayət qədər baş vermir.

//Gülnarə Abasova, Editor.az