“Qarabağ” braziliyalı müdafiəçisi Dani Boltla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi 27 yaşlı futbolçu ilə əməkdaşlığın başa çatdığını açıqlayıb.
Qeyd edək ki, 2025-ci ilin yayında “Qarabağ”a transfer olunan Dani Bolt bu müddətdə komandanın heyətində 43 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, bu yay heyətində ciddi dəyişikliklərə gedən “Qarabağ” klubundan daha əvvəl Emmanuel Addai, Sami Mmaee, Ramil Şeydayev, Toral Bayramov, Kevin Medina, Leandro Andrade, Amin Ramazanov və Kamilo Duran kimi futbolçular da ayrılıb.

