Kliniki Tibbi Mərkəzin mətbuat katibi vəzifəsindən ayrıldı – FOTObackend

Kliniki Tibbi Mərkəzin mətbuat katibi vəzifəsindən ayrıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd vəzifəsindən ayrılıb.

Musavat.com xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat verib.

Ruzbeh Məmməd yazıb:

“Kliniki Tibbi Mərkəzlə (“Semaşko”) yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimiz oldu, çox yaxşı anlaşdıq. Bu müddət ərzində mənə ünvanlanan sorğuları cavabsız qoymamağa, həmkarların işini ləngitməməyə çalışdım. Mənə müraciət edən heç kimi geri çevirmədim. Məndən asılı olmayan səbəbləri isə sizlər də anlayışla qəbul etdiniz. Məhz buna görə hər birinizə minnətdaram. Hər zaman sağlam qalın, bu dünyada ondan dəyərli nemət yoxdur. Yeni ünvanda, yeni başlanğıclarda görüşmək ümidi ilə…”