“Qərb Putinin nüvə silahından istifadə etməsində maraqlıdır”- Rusiyanın son həmləsi-Şərhbackend

“Qərb Putinin nüvə silahından istifadə etməsində maraqlıdır”- Rusiyanın son həmləsi-Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Rusiyanın  bir sıra vilayətlərinə və Kiyev şəhərinə silsilə raket zərbələri endirilib. Əldə olunan məlumatlara görə 10 ölü, 60 yaralı var. Müəyyən iddialara görə bu dünən Krım körpüsünün vurulmasına qarşı bir cavab idi. Amma Ukrayna prezident ofisinin rəhbərinin müşaviri bu fikri təkzib edib”.

Bu fikri Editor.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.

Onun sözlərinə görə, bu hadisənin başverməsi gözlənilən idi: “ Rusiya bununla göstərdi ki, Krım körpüsünün vurulması cavabsız qalmıyacaq. Dünya liderləri də Rusiya əleyhinə açıqlamalar veriblər.

Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib ki, həmin bombardımanlar İran istehsalı PUA-larla törədilib. İran Xarici İşlər Naziri bunu nə qədər təkzib etsə də bu silahların istifadə olunması danılmaz faktdır”.
K.Novruzovun sözlərinə görə, bir müddət sonra İranın Rusiyaya dəstəyi daha da artacaq: “İran müharibənin birbaşa iştirakçısına çevrilə bilər. Bütün bu amillər yaxın vaxtlarda Rusiyanın nüvə silahından istifadə imkanını artırır. Çünki bütün kartlar artıq masaya qoyulur və Putinin kartı azalıb.

Qərb artıq Rusiyanın nüvə silahından istifadəsində maraqlıdır. Gözləyirlər ki, Putin silahdan istifadə etsin və onlarda Rusiyaya son zərbəni endirsinlər. Əgər qərb və NATO ölkələri dediklərində səmimi olsaydı  Ukraynaya dəstəyi azaldardılar. Krım körpüsünün vurulması məhz Qərbin Ukraynaya verdiyi silahlar hesabına reallaşıb. Nəticədə isə Qərb ölkələri sanki bir növ Rusiyanı nüvə silahından istifadəyə təhrik edirlər. Proseslər göstərir ki, müharibədə nə Rusiya, nə də Ukrayna qalib gələcək. Qazanan tərəf Qərb olacaq”.
 
//Safura Bənnayeva, Editor.az