Qiymətlər artır: “Un idxalı əlavə dəyər vergisindən azad olunmalıdır”- Nazim Bəydəmirlidən AÇIQLAMAbackend

Qiymətlər artır: “Un idxalı əlavə dəyər vergisindən azad olunmalıdır”- Nazim Bəydəmirlidən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya əhalisinin sayı təqribən 8 milyardı  ötüb. Ancaq alimlərin hesablamalarına görə yer kürəsinin indiki şəraitdə təbii resurslar və gələcək texnologiyaları nəzərə alaraq 50 milyarda qədər əhalini qida məhsulları ilə təmin etmə potensialı var. Çox təəssüf ki, dünya əhalisinin ən azı 15-20 faizi aclıqdan əziyyət çəkir. Bu əhali qrupu isə inkişaf etməmiş ölkələrdə yaşayır”.

Bu fikirləri iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli Editor.az-a açıqlamasında deyib

Millət vəkili bildirib ki, müharibə ilə əlaqədar Ukraynadan taxıl məhsullarının dünya bazarına çıxarılmaması vəziyyəti getdikcə gərginləşdirir: ” BMT-nin proqnozlarına görə, müharibə daha da şiddətlənərsə, başqa fazaya keçərsə ən azı 65-70 ölkə müharibənin təsirindən yaranmış logistik problemləri də nəzərə alaraq sosial-iqtisadi sarsıntılar yaşaya bilər. Çünki əksər cənub ölkələri Ukrayna və Rusiyadan taxıl məhsulları idxal edirdilər. Azərbaycan regionda iqtisadi baxımdan əsasən Rusiya ilə əməkdaşlıq edir. Keçən ilin statistikasına görə Azərbaycan buğda məhsullarının 80 faizini Rusiyadan idxal edib”.

N. Bəydəmirli son günlər ərzaq məhsullarındakı qiymət artımı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

” Ölkədə ciddi qiymət artımı müşahidə edilir, xüsusən də un məhsullarında…İyul ayının 1-dən Azərbaycan hökuməti un idxalına əlavə dəyər vergisini bərpa edib. Hesab edirəm bu, çox yanlış addımdır. Öz-özünü ərzaq buğda ilə təmin etməyən ölkənin belə bir addım atması düzgün deyil. Azərbaycan  hökuməti əlavə dəyər vergisini tamamilə qaldırmalı, ölkəyə un idxalının qarşısı alınmamalıdır. 18 faiz əlavə dəyər vergisi qiyməti bahalaşdırır. Nəticə etibarilə istehlakçılar bundan əziyyət  çəkəcəklər. Yerli istehsalçılar adı ilə bir neçə monopolist şirkət aşağı sinif buğdanı gətirərək daha keyfiyyətsiz un istehsal edirlər. Ona görə də digər ölkələrdən gələn un məhsullarının əlavə dəyər vergisindən azad olunması çox vacibdir. Bununla da unun qiymətini stabil saxlamaq olar. Rusiyada unun qiyməti buğdanın qiymətindən daha ucuzdur. Çünki daxildə bu istiqamətdə rəqabət mühiti var  və daha keyfiyyətli undan istehsal edilir”.

//Gülnarə Abasova, Editor.az