Ramzan Kadırov dindiriməyə çağırıldı: gəlməsə beynəlxalq axtırışa veriləcəkbackend

Ramzan Kadırov dindiriməyə çağırıldı: gəlməsə beynəlxalq axtırışa veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 9-da Ukrayna Baş Prokurorluğu öz saytında Çeçenistan rəhbəri Ramzan Kadırovun dindirilməsinə çağırış vərəqəsini dərc edib.

Editor.az-ın məlumatına görə, ümumilikdə iki sənəd nəşr olunub – ukrayna dilində (pdf), və onun rus dilinə tərcüməsi (pdf). Vərəqədə qeyd olunur ki, Kadırov noyabrın 17-də saat 10.00-da Kiyevdəki Baş prokurorluğun binasına gəlməlidir. Çeçenistan rəhbərinin cinayət işi üzrə şübhəli şəxs qismində dindirilməsi planlaşdırılır. Baş prokurorluq bildirib ki, Kadırov yalnız çağırış vərəqində qeyd olunmuş üzürlü səbəblərə görə çağırış yerinə gəlməyə bilər.

Əgər bu səbəblərdən xaric Çeçenistan rəhbəri dindirməyə gəlməzsə, ona qarşı pul cəzası tətbiq edilər. Bu hal iki dəfədən çox baş verərsə, Kadırov beynəlxalq axtarışa verilə, xüsusi ibtidai istintaqa cəlb oluna və xüsusi məhkəmə icraatı başlanıla bilər. Qeyd edək ki, avqustun sonunda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqləri Kadırovun Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi üzrə şübhəli olduğunu elan ediblər: Ukrayna Cinayət Məcəlləsinin 2-ci hissə, 437-cü maddə (təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, başlanması və aparılması); 3-cü hissə, 110-cu maddə (Ukrayna Konstitusiyası ilə müəyyən edilmiş qaydaları pozaraq, insanların ölümünə və digər ağır nəticələrə səbəb olan Ukrayna ərazisinin sərhədlərini dəyişdirmək məqsədi ilə qəsdən hərəkətlər etmək), 3-cü hissə, 436-2 maddə (Rusiya Federasiyasının Ukraynaya qarşı qanuni silahlı təcavüzünə haqq qazandırılması, tanınması). UTX sənədləşdirib ki, 2022-ci ilin fevral-mart aylarında Kadırov Ukrayna ərazisində fərdi hərbi əməliyyatların hazırlanmasına və planlaşdırılmasına şəxsən nəzarət edib, həmçinin əmrlər verib.

  //Samir Qurbanov,Editor.az