Rusiya-Ukrayna müharibəsi bir neçə il davam edə bilərbackend

Rusiya-Ukrayna müharibəsi bir neçə il davam edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyir ki, Ukraynadakı münaqişə bir neçə il davam edə bilər.

Onun sözləərinə görə, Paris münaqişə tərəfi deyil və yalnız Kiyevi silahla təmin edir. Editor.az bu barədə “Kommersant”a istinadən məlumat verir. “Münaqişə uzun və çətin olacaq. Hərbi əməliyyatlar bir neçə il davam edə bilər… Bildiyimə görə, Ukrayna Donbasdan imtina etmək fikrində deyil və sona qədər döyüşəcəklər”.

Bununla belə, o hesab edir ki, nüvə silahının tətbiqi ilə yaranacaq eskalasiyadan danışmaq doğru deyil. Jan-İv Le Drian hərbi əməliyyatlar başlayandan sonra onun və Emmanuel Makronun Ukraynaya niyə səfər etmədiklərinin səbəbini də açıqlayıb. Nazirin fikrincə, səfərin gündəliyi hələ hazırlanmayıb. “Kiyevə sadəcə Vladimir Zelenskiyə salam vermək üçün gedilməz”. Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynada hərbi əməliyyatlar aparır. Bir çox başqa ölkələrlə birlikdə Fransa da buna bir neçə anti-Rusiya sanksiya paketi ilə cavab verib.

Editor.az