Rusiyanın Avropaya qaz nəqlini dayandırdığı ölkələrin sayı artırbackend

Rusiyanın Avropaya qaz nəqlini dayandırdığı ölkələrin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Enerji böhranı ilə qış mövsümünə girməyə hazırlaşan Avropada Rusiyanın enerji şirkəti “Qazprom”un təbii qaz nəqlini azaltdığı və ya dayandırdığı ölkələrin sayı artır.

Avropa Ukrayna müharibəsinə görə hərtərəfli sanksiyalarla Rusiyanı iqtisadi cəhətdən çətin vəziyyətə salması ilə yamaşı Kreml administrasiyasının əks addımlar atması Qərb ölkələrində enerji böhranını dərinləşdirir. Bu yaxınlarda Qazprom müharibədən əvvəl enerji sektorunda xeyli əməkdaşlıq etdiyi İtaliyaya təbii qaz nəqlini dayandırdığını açıqladı. İtaliyanın ENI şirkəti oktyabr ayı üçün daşınmaların dayandırıldığını və qaz axınının bərpa edilib-edilməyəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

Qazprom, daşımaların davam etdirilməsi ilə bağlı ENI şirkəti ilə texniki danışıqların davam etdiyini bildirərkən şirkət tərəfindən eyni gün edilən başqa bir açıqlamada Moldovaya göndərişlərin təxminən yüzdə 30 azaldığı bildirilirdi. Moldovanı təbii qaz müqavilələrindəki öhdəliklərini pozmaqda günahlandıran Qazprom vəziyyət belə davam edərsə, Moldovaya təbii qaz nəqlini tamamilə dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az