“Təzə Pir” məscidinin rəisi vəfat edibbackend

“Təzə Pir” məscidinin rəisi vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təzə Pir” məscidinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib.

“Report” xəbər verir ki, o, noyabrın 7-si axşam saatlarında 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən “Təzə Pir” məscidinin rəisi vəzifəsində çalışırdı.