ABŞ prezidenti Donald Tramp mühüm qərar ərəfəsində olduğunu açıqlayıb.
ABŞ prezidenti Donald Tramp Fox News telekanalında yayımlanan “MORNING GLORY: President Donald Trump’s most important decision is coming” başlıqlı materialı paylaşaraq diqqətçəkən mesaj verib.
Məqalədə bildirilir ki, Tramp İranla bağlı xarici siyasətdə həlledici seçim qarşısındadır və bu qərar onun siyasi irsini formalaşdıra bilər. Yazıda mövcud vəziyyət əvvəlki ABŞ prezidentlərinin beynəlxalq böhran dövrlərində qəbul etdiyi strateji qərarlarla müqayisə olunur.
Materialda vurğulanır ki, Trampın qarşıdakı qərarı həm regiondakı proseslərə, həm də ABŞ-nin xarici siyasət kursuna ciddi təsir göstərə bilər.
Ağ Ev hələlik hansı konkret qərardan söhbət getdiyini açıqlamayıb.
Musavat.com


