Ukraynanın Azərbaycanla çox səmərəli əməkdaşlığı mövcuddur.
Bunu Musavat.com-un əməkdaşının sualına cavabda Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba deyib:
“Nümayəndə heyətimizin tərkibində İrpen şəhərinin nümayəndəsi Anjela Makeyeva var. Azərbaycan hökuməti Ukraynada bir çox obyektin bərpasına kömək edir. Bu baxımdan Azərbaycana səfər etmək bizim üçün rəmzi məna kəsb edir”.


