Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDIbackend

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır”.

Editor.az xəbər verir ki, bu sözləri “Teleqraf”a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

“Ötən gün Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xəstəxanada Flora xanımı ziyarət etdi. Flora Kərimova Mehriban Əliyevaya minnətdarlığını bildirir.

İki gün də xəstəxanaya geciksəydik, vəziyyəti pis ola bilərdi. Flora xanımın ürək və beli ilə bağlı problemi var idi. Flora xanımın xəstəxanadan nə zaman çıxacağı hələ dəqiq məlum deyil”, – deyə o bildirib.

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Editor.az  APA-ya istinadən xəbər verir ki, sənətkarın müalicə prosesi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.

Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI