Zelenski: “Rusiya İran istehsalı olan PUA-larla hücum edib”backend

Zelenski: “Rusiya İran istehsalı olan PUA-larla hücum edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabında paylaşdığı videomüraciətdə Rusiya qüvvələrinin Ukraynanın cənub-şərqindəki Zaporojye şəhərinə son hücumlarına reaksiya verib.

Editor.az-ın xarici mediaya istinadən xəbərinə görə, videomüraciətdə oktyabrın 3-dən etibarən Rusiya qüvvələrinin Zaporojyeyə həyata keçirdiyi raket hücumları nəticəsində 43 nəfərin öldüyü qeyd edilib. Zelenski bildirib ki, İran istehsalı olan pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov, Donbas və digər şəhərlərinə də hücumlar olub.

Zelenskinin fikirlərinə görə, Rusiya mülki şəxsləri və infrastrukturu hədəf alaraq terror həyata keçirir. Bununla da Rusiya tərəfi real danışıqlara girməkdən açıq şəkildə imtina edir.

“ Rusiya törətdiyi terrora görə cəzalandırılmalıdır. Dövlət səviyyəsində terrorizm dünyada təkcə bir şəxsi deyil, bütün beynəlxalq ictimaiyyəti təhdid edən ən dəhşətli cinayətlərdən biridir”, – deyə Volodimir Zelenski qeyd edib.

//Safura Bənnayeva, Editor.az