Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və digər beynəlxalq tərəfdaşlarla əldə olunan razılaşmaların təfərrüatlarını açıqlayıb.
Zelenskinin sözlərinə görə, razılaşmalar çərçivəsində Ukrayna Fransa istehsalı olan Rafale çoxməqsədli döyüş təyyarələri, həmçinin əlavə SAMP/T hava hücumundan müdafiə sistemləri ilə təmin ediləcək.
Prezident bildirib ki, bu qərarlar Ukraynanın hava məkanının müdafiəsini gücləndirmək, ölkənin təhlükəsizliyini artırmaq və Rusiya hücumlarına qarşı müdafiə imkanlarını genişləndirmək məqsədi daşıyır.
Zelenski əlavə edib ki, tərəfdaşlarla müdafiə sahəsində əməkdaşlıq davam edir və yaxın aylarda yeni hərbi yardım paketlərinin də elan olunması gözlənilir.
//Samir Qurbanov, Editor.az

