Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qazın verilişi dayandırılacaq.
Bu barədə “Report”un yerli bürosu xəbər verir.
“Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 14-də işlər başa çatanadək Culfa və Ordubad rayonlarının, eləcə də Babək rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

