ABŞ-da illik inflyasiya iyun ayında 3,5 faizə enib.
Editor.az bu barədə ölkənin Əmək Nazirliyinin açıqladığı son statistikada bildirilib.
Məlumata görə, inflyasiya əvvəlki ay qeydə alınmış 4,2 faiz göstəricisi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Bu, 2023-cü ilin aprelindən bəri müşahidə olunan yüksək inflyasiya tempindən sonra əhəmiyyətli geriləmə hesab olunur.
İqtisadçılar illik inflyasiyanın 3,8 faiz səviyyəsində olacağını proqnozlaşdırırdılar. Həmçinin aylıq ifadədə istehlak qiymətlərinin 0,1 faiz azalacağı gözlənilirdi. Açıqlanan rəqəmlər bazar gözləntilərindən daha müsbət nəticə göstərib.
Bundan əvvəl yayılan məlumatlarda ABŞ-ın dövlət borcunun təxminən 450 milyard dollar artaraq 39,2 trilyon dollara çatdığı bildirilmişdi. Ekspertlər hesab edirlər ki, dövlət borcunun artması ipoteka və biznes kreditləri üzrə faiz dərəcələrinin yüksəlməsinə səbəb ola, eyni zamanda qlobal iqtisadiyyatda inflyasiya risklərini və iqtisadi artımın zəifləməsini gücləndirə bilər.
//Gülnarə Abasova, Editor.az

