Ukraynaya gətirildi, Rusiyanı çətin vəziyyətə saldı – Putinə göndərilən videolarda nə deyilir?backend

Ukraynaya gətirildi, Rusiyanı çətin vəziyyətə saldı – Putinə göndərilən videolarda nə deyilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda Moskvanın hərbi və iqtisadi imkanları, eləcə də Prezident Vladimir Putinin daxili siyasi mövqeyi yenidən müzakirə mövzusuna çevrilib.

Bir tərəfdən Kremlin cəbhədəki vəziyyəti və iqtisadi dayanıqlılığı ilə bağlı fərqli qiymətləndirmələr səsləndirilir, digər tərəfdən isə Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın, o cümlədən Sibir regionunun dərinliklərinə endirdiyi zərbələrdən zərər çəkən sakinlərin Putinə ünvanladıqları video müraciətlər diqqət çəkir.

Bəs, Rusiyanın real vəziyyəti təqdim olunduğu qədər ağırdırmı? Mövcud proseslər Kremlin hərbi-siyasi imkanlarına necə təsir edir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Rusiya-Ukrayna müharibəsində vəziyyət ağırdır:

“Amansız müharibə gedir və tərəflər hələ də ortaq məxrəcə gələ bilmirlər. Ön xətdə baş verən proseslərlə arxa cəbhədə yaşanan hadisələr bir-biri ilə sıx əlaqəlidir. Müharibə genişmiqyaslı xarakter alırsa, iqtisadi proseslər də hərbi reallıqlara uyğun qurulmalıdır. Cəmiyyətdə psixoloji davamlılıq və mübarizə əzmi qorunmalıdır. Eyni zamanda, müharibə aparan tərəfin xaricdən mənəvi, siyasi və iqtisadi dəstək alması da mühüm amildir.

Rusiya görür ki, faktiki olaraq təkcə Ukrayna ilə vuruşmur. Kağız üzərində müharibənin tərəfləri Rusiya və Ukrayna olsa da, qeyri-rəsmi şəkildə bu prosesə dəstək verən başqa qüvvələr də var. Məsələn, Avropa İttifaqı və ABŞ Ukraynaya müxtəlif istiqamətlərdə yardım göstərirlər. ABŞ Prezidenti Donald Tramp özünü sülhpərvər siyasətçi kimi təqdim etsə də, Vaşinqton müharibənin yaranmasında və davam etməsində mühüm rol oynayıb. Tramp gün ərzində bir neçə bəyanat verə və sonradan onları dəyişə bilir. Mənə görə, müharibəyə əsas təsir edən qüvvələr ABŞ Konqresi, Senatı və müxtəlif beyin mərkəzləridir. Müharibənin iştirakçıları çalışırlar ki, qarşı tərəfin vəziyyətini daha da ağırlaşdırsınlar”.

tofiq abbasov 900x600 1
Tofiq Abbasov

Politoloq bildirib ki, Qərb Ukraynaya hərtərəfli yardım göstərməklə yanaşı, Rusiyanın “kölgə donanması”nı zərərsizləşdirməyi də gündəmdə saxlayır:

“Rusiya indiki şəraitdə böyük maliyyə resurslarına ehtiyac duyur. Kreml iqtisadi dayanıqlığını qorumaq və müharibəni davam etdirmək üçün neft və qaz satışından gəlir əldə etməyə çalışır.

Moskva bu maneələri aşmağa çalışacaq. Təbii ki, müasir müharibələr artıq texnologiyaların iştirakı ilə aparılır. Biz PUA-ların Sibir, Ural və Rusiyanın şimal bölgələrinə qədər çatmasının şahidi oluruq. Hətta deyərdim ki, bu PUA-ların uğuru təkcə Ukraynanın deyil, ona dəstək verən qüvvələrin də uğurudur.

Məsələ ondadır ki, Böyük Britaniya müxtəlif layihələr çərçivəsində Ukraynaya avadanlıq və qurğular gətirib, burada PUA istehsalı üçün müəssisələrin yaradılmasına dəstək verib. Hazırda həmin müəssisələrdə istehsal olunan PUA-lar Rusiya ərazisinə zərbələr endirir. Sibirin hədəfə alınması isə bu prosesin pik nöqtəsi hesab oluna bilər.

Ukrayna tərəfi də bunu gizlətmir. Onlar açıq şəkildə bildirirlər ki, müharibədə tək deyillər. Rusiya da eyni şəkildə bəyan edir ki, əslində kollektiv Qərblə döyüşür”.