17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj ediblərbackend

17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə polisə 17 yaşlı oğlanın şantajla üzləşməsi barədə müraciət daxil olub.

Editor.az  “Qafqazinfo”ya istinadən bildirir ki, polisə müraciət edən 1984-cü il təvəllüdlü Sədaqət Abbasov (bütün ad-soyadlar şərtidir) oğlu, 2006-cı il təvəllüdlü Aslanın 2005-ci il təvəllüdlü Məhəmməd Mirzəyev tərəfindən şantaj edildiyini bildirib.

O şikayət ərizəsində qeyd edib ki, 18 yaşlı Məhəmməd onun qızının fotolarını əldə edib. Daha sonra oğlunu fotoları yaymaq hədəsi ilə şantaj etməyə başlayıb.

Atanın iddiasına görə, həmin şəxs hədə-qorxu yolu ilə 17 yaşlı oğlandan 100 manat alıb.

Müraciətlə bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.