Zelenski: “BMT Təhlükəsizlik Şurası var, ancaq dünya təhlükəsiz deyil”backend

Zelenski: “BMT Təhlükəsizlik Şurası var, ancaq dünya təhlükəsiz deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Rusiyaya qarşı təsirsiz olduğunu və dünyanın təhlükəsiz olmadığını deyib.

Editor.az Türkiyəninin İHA xəbər agentliyinə istinadən bildirir ki, Zelenski BMT Təhlükəsizlik Şurasının bu gün keçirilən iclası ilə bağlı açıqlamalar verib.

“Aktiv diplomatik fəaliyyətimiz davam edir. Biz BMT Təhlükəsizlik Şurasına Rusiyanın Buçada və ümumiyyətlə, işğal olunmuş Ukrayna ərazisində hərbi cinayətləri ilə bağlı xüsusi sessiyanın keçirilməsi üçün müraciət etmişik. BMT Təhlükəsizlik Şurası var, amma dünyanın təhlükəsiz deyil. Bu o deməkdir ki, Birləşmiş Millətlər Təşkilatı hazırda nizamnaməsindəki funksiyaları təmin edə bilmir. Bunun üçün yalnız bir dövləti günahlandırmaq lazımdır. BMT-də daxil olmaqla, bütün digər beynəlxalq qurumları gözdən salan Rusiyadır. Rusiya konstruktiv olan hər şeyin qarşısını almağa çalışır. Yalan məlumatlar yaymaqla məşğuldur.Əminəm ki, dünya bunu görür və bir nəticəyə gələcək. Əgər dünya dövlətləri bir nəticəyə gəlməsə, dünyada dövlətlərin təhlükəsizliyini təmin etmək üçün yeganə çıxış yolunun silah olduğunu görəcəyik! Biz BMT Təhlükəsizlik Şurasının üzvlərinə və beynəlxalq hüquqa hörmət edən bütün digər dövlətlərə vəziyyəti dəyişə biləcək konkret addımlar təklif etmişik”,-deyə Zelenski bildirib.

Vladimir Zelenski Rusiyaya qarşı hazırlanan yeni sanksiyalar paketindən də danışıb.

“İspan xalqına və parlamentinə müraciət etdim. İspaniya Avropada azadlıq və demokratiyanın qorunması uğrunda mübarizəmizi dəstəkləyən dövlətdir. Mən bu gün Fransa Respublikasının Prezidenti Emmanuel Makronla da Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində humanitar vəziyyətlə bağlı danışdım. Mariupolda insanlara necə kömək edə biləcəyinizi müzakirə etdik. Həmçinin qərara alınıb ki, Fransa rus işğalçılarının Buça və ölkəmizin digər şəhərlərində törətdikləri cinayətlərin araşdırılmasında lazımi texniki və ekspert dəstəyi göstərsin. Rusiyanın xalqımıza qarşı etdiyi hərbi cinayətlərə görə ona qarşı yeni güclü sanksiyalar paketi hazırlayırıq. İndi bu, xüsusilə, Qərb liderləri üçün çox vacib bir qərardır. Buçada qətliamından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar işğalçıların hərbi cinayətlərinin ağırlığına uyğun olmalıdır. Əgər Rusiya bankları əvvəlki kimi işləyə bilsə və Aİ ölkələri Rusiyaya enerji haqqını həmişəki kimi ödəyəcəksə, bəzi liderlərin siyasi taleyi həmişəki kimi yetişməmiş olacaq. Hər kəsə bu vəziyyətin həqiqətən vacibliyini hiss etməyi tövsiyə edirəm”.-deyə Zelenski bildirib.

//Editor.az